.Əziz SəlamiQafqaz dağları yollarında 1Ötən il bir dağçı qrupu ilə Gürcüstan Qafqaz dağlarını gəzib…
انتشار: 2026/06/25 17:36 UTC
.Əziz SəlamiQafqaz dağları yollarında 1Ötən il bir dağçı qrupu ilə Gürcüstan Qafqaz dağlarını gəzib dolaşdıq. Biz bu gəzintimizi ölkənin baş şəhəri Tiflisdən başladıq. Maşınla dağlara doğru gedib, sonra da dağlar deyə ayaqla yola düşdük. Yükümüzü, yeyib-içəcəyimizi at-qatır daşıyırdı. Axşamları çatırlarımızda gecələyirdik. Sonsuz, iri-iri ulduzların altında. Buzdan da soyuq olan, əllərimizi bir an belə içində saxlaya bilmədiyimiz iti axışlı çay sularında özümüzü birtəhər uzun və ağır yolların tərindən təmizləyirdik!Bu il isə, Azərbaycan Qafqaz dağlarının cığırlarında oldu dağ yolçuluğumuz.Çadırların yerinə dağlar qoynuna səpələnmiş, Tanrının və onun insanlarının unutduğu kimi görünən vətən kəndlərində gecələdik; hər gecə bir kənddə, hər birimiz bir evdə. Yükümüzü də at-qatırın yerinə bir dağı maşını daşıyırdı.Səhər, günorta və axşam yeməyimizi də bizim üçün hazırlanmış iri evlərdə yeyirdik. Gecələri göy üzü elə ötən ilin göyləri idi: sonsuz, iri-iri ulduzların göyləri, gündüzləri isə mənim gündüzüm qrupumuzda olanların hamısından çox-çox fərqlənirdi: çünki onlar yad bir ölkənin dağlarından, kəndlərindən keçirdilər, mən isə öz vətənimin dağlarında gəzirdim, öz vətənimin kəndlərindən keçirdim, öz yurddaşlarımla öz dilimdə danışırdım.Ötən il Gürcüstanın baş şəhəri olan Tiflisdən yola çıxmışdıq, bu il isə, öz xalqımın azad baş şəhəri olan Bakıdan.Mən Avropa, Afrika və Asiya ölkələrinin bir çox olmasa da, ünlü olan baş şəhərlərini görmüşəm; deyə bilərəm ki, onların heç birində Bakının gözəlliyinə rast gəlməmişəm! Bakı dəyərli, yaşıl bir üzük qaşı kimidir. Bir üzük qaşı ki, onun üstünə çox xoş naxışlar səpələnmişdir: bu naxışlar şəhərin yaşıl qoynuna səpələnmiş binalardır. Bir çox binalar ki, hər biri bir tarix kitabının önəmli səhifəsidir. Hər biri xalqımızın milli həyatından acı və ya şirin nağıllar danışır bizə. Bir çoxlarında rusların milli dəyərlərimizə vurduqları yaralarının izləri hələ də görünməkdədir! Buna baxmayaraq, milli azadlığımızın doğma əlləri o yaraların bir çoxlarını sağaltamğı bacarmışdır: rusların gözdən saldığı milli binalar, qutsal evlər yenidən bərpa edilmiş və öz gözəlliklərini, dəyərlərini yenidən mənimsəmişlər.Bakı bir şəhərdir ki, hər bir bucağında oturub saatlarla gəlib keçən insaları seyr edə bilərsən. Hər bucağı görkəmli bir milli şairimizin, yazıçımızın, sənət adamımızın, qəhrəmanımızın adına salınmış gözəl bir parkdır. Bakıda iftixar edəcəyimiz bir çox milli dəyərlərimiz hələ yaşamaqdadır, canlıdır, ölməmişdir. Qocaman Sabirimiz qartal gözləri ilə ağaclar arasından süzür bizi. Mirzə Cəlil zəka dolu gözlərini üzümüzə tikir və hələ də vətəninin milli-siyası bilincini yatmağa qoymaq istəmir. Mirzə Fətəli aldanmış kəvakibin düşüncəsi və qayğısı ilə dolmuş gözlərlə yurduna baxır. Xurşidbanu Natəvan xanımın həzin şeirlərinin kölgəsi heykəlini də bürümüşdür. Məhsəti xanımın dahi cəsarətinin, azad qadın duyğularının sönməz işıqları uzaq qaranlıq yüzilliklərin ardından bugünkü Bakısına saçılır..


