.2Bakı bizim milli ruhumuzun zəngin bir muzeyidir. Hər bir küçəsi, hər bir meydanı xalqımızın iftix…
انتشار: 2026/06/25 17:36 UTC
.2Bakı bizim milli ruhumuzun zəngin bir muzeyidir. Hər bir küçəsi, hər bir meydanı xalqımızın iftixarı olan bir yurddaşımızın adı ilə bəzənir. Bakı milli kimliyimizin qosqocaman, min bir rəngdə olan kitabıdır. Hər bir səhifəsində biz varıq, acı-şirin keçmişimizlə.Bütün bunların ürəyini sərinlədən bir yer var, o da dənizkənarı parkdır.Bu parkda saatlarını çürütmək deyil, zövqlə doldura bilərsən. Gəlib keçən öz insanlarımızın, dünyanın bir çox ölkələrindən gəlmiş qonaqların üz-gözlərini, geyimlərini, yerişləri dərindən-dərinə seyr edə bilərsən. “Quş quşlar”nın ağ keykələri olan iri hovuzun kənarına qoyulmuş oturacaqların birinə oturub vətənimizin ən gözəl mahnılarını ən dəyərli mahnıçılarımızın səsi ilə şirin-şirin eşidə bilərsən. Mən bu hovuzun başında oturub Şövkətin, Rəşidin, Floranın, Bülbülün mahnılarını eşidərkən bu mahnılar o qədər gözəl, o qədər canlı səslənirdi ki, uzun illər boyu bu mahnıları eşitmiş olsam da, ilk dəfə eşidirmiş kimiydim, axşamın nə zaman qaralıb gecə olmasını çoxdan unutmuşdum. Dənizkənarı parkın gözəlliyi axşamları başlayır, gecənin qaralmış havasında şəhər işıqları görünərkən öz zirvəsinə çatır. Yanından gəlib keçən saysız uşağın, gənc qızın, gənc oğlanın, anaların, ataların dilimizdə doğma səslərini, sözlərini eşidərkən inanmırsan ki, məhz bizim də bu haqqımızı dilə gətirən 12 yurddaşımızı fars rejimi birlikdə 85 il azadlıqdan məhrum etmişdir! Bakı küçələri maşınlarla doludur, maşınlarsa bir-birindən təzə, bir-birindən bahalı, gözəl və təmizdir; elə ki, bir maşın sərgisindəsən kimi gəlir sənə.Bakıda ən çox gözə dəyən, bir çox binaların, maraqlı yerlərin, meydanların adı Heydər Əliyevin adıdır. Heydər Əliyev Bakının ən canlı olanıdır, ölümünü unutdurmağa çalışan, heç zaman ölməyəcək olacağına hər kəsi inandırmaq istəyən bir varlıqdır burda.Ardı var..


