.MƏN QIZILDƏRİLİ BİR İNSANAMMən qızıldərili bir insanam,Mən göllərin, ormanların, dağların oğluyam,…
انتشار: 2026/06/30 18:37 UTC
.MƏN QIZILDƏRİLİ BİR İNSANAMMən qızıldərili bir insanam,Mən göllərin, ormanların, dağların oğluyam,Nəyimə gərəkdir asfalt mənim,Nəyimə gərəkdir kərpic, beton,Nəyimə gərəkdir araba mənim?Bunlar, tanrınınmı nemətləridir səncə,Ki baş əyib, şükr edim mən də?Mən qızıldərili bir insanam,Mən ağacların, təpələrin, çayların oğluyam,Nəyimə gərəkdir billur, çini,Nəyimə gərəkdir almaz, qızıl,Nəyimə gərəkdir pul mənim?Bunlar, göydənmi gəlmiş səncə,Ki acgözlüklə qucaqlayım mən də?Mən qızıldərili bir insanam,Mən torpağın, suyun, göyün oğluyam,Nəyimə gərəkdir məxmər, ipək,Nəyimə gərəkdir plastik, naylon mənim,Nəyimə gərəkdir sənin dinin?Bunlar, qutsalmıdır səncə,Ki diz çöküm qarşısında mən də?Mən qızıldərili bir insanam,Süzürəm səni, ağdərili qardaşım!Və sənə söyləyirəm:Qurtarma məni bu günah və fəlakətdən!Qurtar, özünü sən!Duke Redbird, Ojibsha qızıldərililəriÇevirəni: Əziz Səlamit.me/birbulaq.



