.DAŞLARAnita Endrezze-DanielsonYaqui qızıldərililərindən qadın şairMavi bir daşı tutsan qulağınaÇox…
انتشار: 2026/07/05 09:23 UTC
.DAŞLARAnita Endrezze-DanielsonYaqui qızıldərililərindən qadın şairMavi bir daşı tutsan qulağınaÇox əski bir çayın səsini eşidərsən,Ki bu onun ürəyi olmuşdur,İsti bir küləyi, ki bu onun dili olmuşdur,Və torpağı, ki o bunaOdlu bir ağız vermək istəmişdir.Xal-xal olan bir daşDördnala qaçan bir atınRöyasından doğulmuşdur,Ot törəninin mahnısını oxuyar at sürüsü,Və sıçrar dırnaqlarından röya daşları havaya.Qara bir daş saxlar özündə bir ayınınSon yuxusunda ruhunu,Hərlənər mahnısı daşın çevrəsindəVə bir xəz röyası verər ona.Bütün sarı daşlarda sirri var bayquşların,Bütün yaşıl daşlar nəfəsidir bitkilərin,Ki oxuyarlar sevinclə gecələri.Yumruq boyda, qırmızı bir daş sevgidir,Bir kişiylə bir qadının arasında,Bədənlərinin bir-birinəUyuşması otlarda.Boz bir daş təbiətcə kədərlidir,Ölülər dilinin bir sözüdür,Saxla onu, bir gün onu anlaya biləcəksən.Çevirəni:Əziz Səlamit.me/birbulaq.



