Bizim bu soydaşımıza göre, vətənimizin Güneyindən Quzeyinə qaçıb sığınanlar siyasi-milli fəal ola b…
انتشار: 2026/08/24 11:37 UTCدریافت: 2026/08/24 12:20 UTCآخرین مشاهده: 2026/08/24 12:20 UTC
Bizim bu soydaşımıza göre, vətənimizin Güneyindən Quzeyinə qaçıb sığınanlar siyasi-milli fəal ola bilməzlər, çünki onlar siyasi-milli fəaliyyətdən başqa işlərlə də uğraşırar!Kimi çiçək, kimi corab satmaqla, kimi də başqa bir iş görməklə məşğuldur!Bu yurddaşımızın sanki xəbəri yoxdur ki, vətənimizin həm özündə və həm dünyanın hər bir yerinə sığınan yurddaşlarımız da elə bir iş görməklə yaşamalıdılar. Çünki onların da onun kimi çörəyə, suya, paltara və içində qardan-yağışdan qorunmaq üçün bir dama, bir komaya ehtiyacları var. Onların da onun kimi çörək yeyən, paltar geyən, məktəbə gedən balaları var, xanımları var. Bu yurddaşımız buna görə onları acı-acı sancır, qınayır və onların yalançı inqilabçı olduqlarına hər kəsi inandırmaq istəyir!Bu yurddaşımız hələ bununla qalmır, ona görə, Güneydə də kimsənin xalq tərəfindən danışmağa haqqı olmamalıdır, çünki xalq onları tanımır!Bu yurddaşımıza deyən yoxdur ki, xalq onun azadlığı uğrunda canından, malından keçən igidlərini tanısaydı öz haqlarını da çoxdan tanımışdı və onlar da bunun üçün o qədər işgəncələrə, həbslərə, sürgünlərə məruz qalmazdılar. Onlar bütün bunlara qatlanırlar ki, bir gün xalq onları deyil, öz haqlarını tanısın.Bir sözlə, yaxşı olmazdımı, hər kəs bildiyi bir şeylə uğraşsaydı?Yoxsa içi boş sözlərin ağırlığı olmadığından qulaqlara da yol tapa bilməz, havada qalar!
