.Əziz SəlamiQafqaz Dağları Yollarında5Gecə yatağımda xeyli oyaq qalıb düşündüm. Məni qonaq edən ev…
انتشار: 2026/06/28 21:09 UTC
.Əziz SəlamiQafqaz Dağları Yollarında5Gecə yatağımda xeyli oyaq qalıb düşündüm. Məni qonaq edən ev sahibinin xanımının və özünün sözləri hələ də qulaqlarımda səslənirdi. Onların mənə dediklərini dəfələrlə, hər yerdə, ayrı-ayrı şəkillərdə bir çoxlarından eşitmişdim.Deyə bilərəm ki, mənimlə danışanların hamısının sözlərində tutqun bir hava vardı; elə bir hava ki, açılmaq bilmir, bir gün uzaqdan bir işığın görünə biləcəyinə də bir ümid duyulmurdu. Bu havanın içindən danışırdılar yurdumun bu tayında olan yurddaşlarım mənimlə.Sovet ruhunun ”Hər nə yaxşı olacaq” röyası, hər nəyin yaxşı ola biləcəkdən çox uzaq olduğunda oyanmışdı, tam başqa bir gerçəyə göz açmışdı!Gözlərdə, sözlərdə, üzlərdə haradansa görünə biləcək bir işartını gözləmək ifadəsi belə sezilmirdi. Bütün baxışlar gedib bir yerdə – çözülməsi çox çətin görünün qaranlıq bir düyündə donub qalırdı – ölkənin ta yuxarı başında, xalq kütləsinin alnına taleyini yazanların əllərində.Əski Yunan Tanrıları ölməmişdilər – göylərdən enib bu ölkəyə gəlmişdilər sanki. Yerli adlar da qazanmışdılar onlar:Hera – Tanrılar Tanrısının xanımı Herayeva olmuşdu.Poseydun – Poseydunov olmuşdu. Apollon – Apollonov, Hermes – Hermesov və Tanrılar Tanrısının özü də Zevsov adlanırdı bu yerdə.Bu Tanrılar, Olimposda olan Tanrılar kimi varılmazdı. “Gözün üstə qaşın var“ deyəni cəzalandırmaq onların haqqı hesab olunurdu. Ulu Tanrı Zevs insanlara od gətirdiyi üçün bircə Prometeyi Qafqaz dağlarının yalçın qayalarına zəncirlədi. Bu ölkənin Ulu Zevsovu isə neçə-neçə Prometeyləri Qafqaz damlarına zəncirləməklə insanları odun istisindən, işığından məhrum etmişdir.Gecələdiyimiz ilk həndin açılan səhərini xoruzlar bütün ölkələrin xoruzlarının eyni dilində bildirməyə başlamışdılar.Ulduzların sonsuzluğunun altında görünmək istəməyən başı qarlı dağlar səhər aydınlığında o insan-tanrılarının nə qədər cılız olduğunu öz qocaman görkəmi ilə göstərirdilər.Yataqdan durub geyinməyə başladım. Evin çox sevimli, çox utancaq genc oğlanı ilə birlikdə qrupumuzla səhər yeməyi yeyəcəyimiz dama getdim. Qrupun üyələri uzun masa başında oturub iri samavarın çay mərhəmətini gözləyirdilər.Armudu istəkanlar bizi çox da gözlətmədən önümüzə düzüldü. Yediklərimizin hamısı dağ kəndlərinin bir çoxunda olduğu kimi kəndin özündə hazırlanmışdı:Təzə yumurta, pendir, ləzzətli kərə yağı və çörək... Su qablarımızı soyuq bulaq suyu ilə doldurub, dağ çantalarımızı arxamıza çatıb yola düşdük. Hələ qaş qaralmadan gecələyəcəyimiz Qala Xudat kəndinə çatmalıydıq. Biz Xınalıqdan ayrılarkən, kəndin çobanı qoyun-quzu sürüsünü çoxdan dağların yaşıl ipək kimi işıldayan hündür yamaclarına yaya bilmişdi. Bir az irəliləmişdik ki, dağlardan sürüşüb gələn duman başımızın üstünü aılıb yağmağa başladı və bayaqdan seyr etdib zövq aldığımız sürü çobanı ilə birlikdə dağlara qarışıb görünməz oldu.Ardı var..


