.Əziz SəlamiQafqaz Dağları YollarındaÇox keçmədən Xınalıq kəndindən ayrılarkən yağmağa başlayan yağ…
انتشار: 2026/06/30 16:34 UTC
.Əziz SəlamiQafqaz Dağları YollarındaÇox keçmədən Xınalıq kəndindən ayrılarkən yağmağa başlayan yağış kəsdi.Uzaqlaşdıqca maviləşən dağlar göründü. Cığırımızla gedə-gedə yaşıl dərələrə səpələnmiş qoyun-quzu sürülərini, onlardan aralıda otlayan bir neçə atı və dağların döşlərinə sığınmış kəndləri görürdük.Bələdçimiz öndə, biz də iki-bir, üç-bir və ya tək olaraq onun ardınca gedirdik.Məni çox maraqlandıran, bələdçimizin sürəkli olaraq mobil telefonla danışması idi. Düşünürdüm ki, bu qədər də danışmaq olar! Danışmayıb susanda da dalğın-dalğın nəyisə düşünürdü. Telefonla danışarkən səsində çox yanıqlı bir şikayət, heç bir çarəsi qalmayan bir insanın kimdənsə yardım umması vardı.Bələdçimiz gənc bir adamdı. O, ertəsi gün gecələyəcəyimiz Qrız kəndində yaşayırdı. Onun kim olduğunu, nə etdiyini şəhər bələdçimiz ətraflı olaraq mənə danışmışdı.Bəlkə də o, göz yetdikcə yan-yana ucalan o qarlı dağların hər bir əlçatmaz bucağını, orada yaşayan dağ keçilərindən də daha yaxşı, daha dəqiq tanıyırdı. O, dağ vurğunu olduğundan o yerlərin hər qarışını gəzmiş, hətta rayonlararası bir çox cığırları özü açmışdı. O, bu yerlərin bütün hündür dağlarına çıxmaq istəyən, hər bir yerdən gələn dağçılara həvəslə bələdçilik edirdi.Məni də çox maraqlandıran elə bu idi: ölkəsi üçün bu qədər dəyərli olan bu gənc adamın dərdi nə idi? Bu qədər yana-yana danışması, yalvarması, sızıltıdsı nə üçün idi və kiminlə danışırdı?!Hələ axşam kölgələri kövrək örtüsünü hündür qayalara sərməmişdi ki, bələdçimiz sözlərinə ara verib, yolumuzdan bir saatdan az qaldığını bizə bildirdi.Biz çobanın sürüsü ilə birlikdə dağlardan enib kəndə çatdıq. Hürüşmələri ilə qoyun-quzunu kəndə səsləyən itlərin bizi də “Kəndimizə xoş gəldiniz” deyə qarşıladığına inanmaq çətin idi!Qaşın qaralmasına hələ bir az qalırdı. Kəndi yaxından tanımaq üçün küçələrdə dolaşmağa başladım. Uzaqlarda ağbaşlı bir dağ boylanırdı; axşamın işıqları azaldıqca ağ başını kölgəli bir mavi bürüyürdü. Kəndin içi ilə bir su axırdı; suyun başında bir neçə ağ rəngli qaz açıq sarı balaları ilə su içirdi. Mən durub onları seyr edərkən birdən “Xoş gəlmisiniz” - deyə bir səs eşitdim. Dönüb baxanda gənc bir oğlanın görüşmək üçün əlini mənə uzatdığını gördüm. Kəndin müəllimi idi. Qrupumuzun kəndə gələcəyini qabaqcadan eşitmişdi. Bir az danışdıqdan sonra kənd həyatı haqqında soruşduqda:”Görürsünüz o damı?” dedi, “məktəbin damlarından biridir, fırtına örtüyünü qaldırb dağıtdı. Sorumlu qurumlara xəbər verdik. Bir neçə günə gəlib düzəldərik dedilər. Altı ay oldu artıq, hələ də gələn olmamışdır!”Gənc müəllimdən ayrılıb qrupumuzun yığışdığı evə doğru getdim. Axşam süfrəsi uzun masa üzərinə bir-bir düzülməyə başlamışdı. Dəmli çayın xoş qoxusu hər yana yayılmışdı. Axşam yeməyindən sonra qonağı olacağım yaşlı kəndli ilə birlikdə evlərinə yollandım. Gənc oğlu masa başında oturub cib telefonu ilə başını qatırdı. Məni burada da ətirli çayla qarşıladılar. Oğlandan nə işlə məşğul olduğunu soruşanda:”Buralarda işləməyə bir iş yoxdur!” dedi.Kişidən, bu uzaq kənddə necə dolandıqlarını xəbər alanda isə belə cavab verdi: ”Görmədin hər yanda bir-birinin üstünə qalanmış o təzəkləri?” - dedi, “vətənimizin o qədər qazından bizim də payımıza bax, bu təzəklər düşdü!” Yatağımda uzanarkən, Xınalıqda danışdıqlarımızı və yol boyu gördüklərimizi düşünürdüm. Kədərli və üzücü halların da olmasına baxmayaraq, bütün bunlardan ürəyimdə isti və doğma duyğular qalmışdı. Bu duyğuların içində soyuq bir düyünün olmasını da gizləyə bilmirdim; açılmasını çox istədiyim sirli bir düyün: Heç zaman qarı əriməyən uca dağların hər bir bucağında izi olan, vətəninin gözəllikləri lə tanış olmaq istəyən dağ sevdalılarına bələdçilik edən bu çox dəyərli insanın dərdi görəsən nə idi?!Səhər yeməyindən sonra bu gün bələdçimizin bizimlə gələ bilməyəcəyini öyrənəndə çox heyrət etdik, çünki onun xəstə olmadığını yaxşı bilirdik.Çantalarımızı arxamıza çatıb, o gün bizə bələdçilik edəcək kənd çobanının ardınaca, dağlar qoynunda Qrız kəndinə doğru uzanan cığırla irəliləməyə başladıq...Ardı var..


