.AnalarAnalar balalarını axtarırdılar:Necə tapmaq olarSonsuzca öpdüyün bir yarpağıTökülmüş minlərlə…
انتشار: 2026/07/12 08:04 UTC
.AnalarAnalar balalarını axtarırdılar:Necə tapmaq olarSonsuzca öpdüyün bir yarpağıTökülmüş minlərlə yarpağın arasında?!Balalarını tapan analar:Balalarını tanımırdılar!Necə tanımaq olar bir balanıMinlərlə axan qandırsa onun da qanı?! Analar balalarını satın alırdılarÖdəyirdilər qurşun pulunu qatilə!Qatil yeni qurşun almalıdırQurşunlamağa qalmış uşaqları!Anaların tükənincə göz yaşları!Qalmayınca səsləri oxşamağa, çığırmağa!Qara geyinib başladılarDəlilər kimi oynamağa!Analar uşaqlarının toyunda oynayırdılar!Böyüyə bilməyəcək uşaqlarının!Analar qocalırdılar oynadıqcaToy otaqlarıydı uşaqlarının məzarları!Gündüz qurşunlanmış bir quş olmuşdu,Can verirdi anaların ürəyində!Axşam gəlirdi əlində qara kəfəniSarmağa günəşin qanlı cənazəsini.Qar yağırdı torpağa göylərdən,Göylərin göz yaşları donub ağarmışdı!Qarğalar da uçub gedərkən yuvalarınaAnaların evləri məzarlar olmuşdu!Əziz Səlami. .


