.13Qardaşım! İndi mən səninlə danışarkən, sənin qanın qaynamağa başlamışdır, elə deyilmi? Sən mənim…
انتشار: 2026/07/13 19:18 UTC
.13Qardaşım! İndi mən səninlə danışarkən, sənin qanın qaynamağa başlamışdır, elə deyilmi? Sən mənim səsimdə, sözlərimdə bütöv vətəninin səsini, güc və təhlükəsizlik arzularını duya bilərsən. Çünki mən sənin ruhunun vətəndaşıyam, sənin bütün milli köklərin məndədir, məni ağladan bir mahnı sənin də ürəyini çalxalandırır; keçmişdə və bu gün vətən adına səndə qürur duyğuları oyadan nə varsa mənim də köksümü qabarda bilir. Bilirsənmi niyə? Çünki biz bir torpağı özümüzə vətən etməyə qərar vermirik, hər hansı bir anlaşmaya imza atmırıq. Bizi vətəndaş edən bizim ortaq milli varlığımız, kimliyimiz, tarix boyu qəhrəmanlıqlarımız, milli sevinc və faciələrimizdir. Bax, buna görə mən səninlə vətəndaşam qardaşım! Rusla yox, farsla yox. Bir sözlə, mənim milli köklərimdə yeri olmayan heç kəslə vətəndaş ola bilmərəm! Mən Azərbaycanda yaşayan kiçik xalqları demirəm, bu torpaq mənim qədər onların da vətənidir. Onların da mənim qədər mən azərbaycanlıyam deməyə haqqı var. Mən, məhz rusdan və farsdan danışıram. Birindən ki, məni öz vətənimdə danmaq onun milli marağı və istəyidir.Bizim içimizdə Avropanın İsveçrəsindən, filanından danışanlar var, orada xalqların birləşib bir ölkə qura bilmələrindən söz edənlər var. Bizim ölkələr Avropa ölkələri deyil və olmayacaq da! Həm də ruhu farslıq xəstəliyi ilə yoğrulmuş bir xalqı yalnız olsa-olsa, öz gücünün üstünlüyü ilə özünə zərərsiz bir qonşu xalq edə bilərsən! Çünki bu ruhun ta dərinlərində başqa xalqlara nifrət var, bəyənməzlik var, aşağılamaq var, özünü üstün görmək var. Bu xalq yalnız özündən güclü olanların önündə diz çökər, “Biz əzəldən qardaş olmuşuq!” deyər.Çox danışdım qardaşım! Bağışla məni. Qoy sözlərimin canını sənə deyim: biz yalnız birləşib güclü vətənimizi yaratmaqla həm milli gücümüzə, milli iradəmizə və doğru bağımsızlığımıza, həm də böyük birliyimizdən doğacaq insan haqlarına, azadlıqlarına və bütöv Azərbaycanımızda olan milli sərvətlərimizin özümüzün olmasına çata biləcəyik”.Sözlərimi burada bitirmək istərkən küçənin o biri tərəfində Milli Kitabxananın görkəmli binasını gördüm. Onunla sağollaşmaq üçün əlimi uzadarkən, üz-gözünün tutulduğunu fərq etdim. Sanki içinə çökmüş tutqun buludların kədərli kölgəsi gözlərinə, üzünə düşmüşdü. Sanki içində yaşadığı ağır şərtlərdən doğan suallar gəlib boğazına tıxanıb onu danışmağa qoymurdu. Əli əlimdə: “Qardaşım! Burada səni gözləyirəm, get kitabxanaya, dön gəl, mütləq mənim qonağım olacaqsan!” dedi. Vaxtımın son saatlarına çatdığını desəm də o, əl çəkmək istəmirdi. O qədər kövrəlmişdi ki, qollarımı boynuna dolayıb qardaşcasına ondan üzr istəməyi düşünsəm də, etmədim. Bilirdim ki, etsəm, ağlayacağam!Ardı var.


