…
انتشار: 2026/07/17 19:21 UTC
paeizanam “Darıxsan zəng elə” K.N.✍️ #Afaq_ŞixliDarıxanda zəng elə,Səbəb oldu, olmadı.Dolub-boşaldı ürək,Sənin yerin dolmadı!Yazıq sən uçan binaDonub qaldı yerində.O gündən yoxdu adınEvsizlər dəftərində.Yazmadığın kitab daKölgəsini sürüyür...Dərd böyüdür oğlunu -Uşaqlar tez böyüyür.Hələ istidi yerin,Arada bir güman var,Bir gün üşüyəcəklərSəndən tez soyuyanlar.Bir də, unutdum deyəm,Borcların da silindi.Daha azadsan yəqin,Öz başın, öz əlindi.Xəbər almaq istəsənMən də ki, elə-belə...Darıxıram, bilirsən,Arada-bir zəng elə.🍂🍁 @paeizanam 🍁🍂